Rəqəmsal texnologiyadan istifadə və 3+nəsil| “Yeni Altay” Türkiyə QQ-nin onurğasını təşkil edəcək
Oxunub: 8905
15:21
26 Aprel 2023
Türkiyə Müdafiə Sənayesi Komitəsinin layihəsi çərçivəsində “BMC Savunma” tərəfindən istehsal edilən iki “Yeni Altay” tankı Sakarya Arifiyedə təşkil edilən, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimlə sınaq üçün Quru Qoşunları Komandanlığına təhvil verilib.
3+ nəsil “Altay” tankları Türkiyə Silahlı Qüvvələrində (TSQ) sınaqları tamamlandıqdan sonra inventarda yer almağa başlayacaq.
“Yeni Altay”
“Altay” tankı ilk prototipin istehsalından keçən müddət ərzində müasir döyüş mühitinin şərtlərinə uyğun olaraq yenilənib. Xaricdən satınalmalarda problem olan bir çox alt sistemlər yerli məhsullarla əvəz edilib. Yenilənmiş texnologiyalar və yeniliklər əlavə edilərək döyüş qabiliyyəti artırılıb və TSQ-nin son illərdə həyata keçirdiyi əməliyyatlar çərçivəsində əldə etdiyi təcrübələrlə bağlı əlavə xüsusiyyətlər qazanan Türkiyənin milli tankı “Yeni Altay” adı ilə yenidən təyin edilib.
Bu kontekstdə “Altay”ın ən mühüm xüsusiyyətlərindən biri rəqəmsal texnologiyalardan istifadənin artmasıdır. Bunun sayəsində tankdan düşmən ünsürlərini aşkar etmək, onların hədəflərini müəyyən etmək və atəş açmaq üçün daha dəqiq və tez istifadə oluna biləcək. “Yeni Altay”ın atəşə nəzarət sisteminə Lazer Məsafəölçən (LRF) və olduqca həssas Görüntü Sabitləyici stabilizasiya sistemi kimi müasir texnologiyalar daxildir.
Bunun sayəsində tank uzaq məsafələrdəki hədəfləri aşkarlaya və döyüş meydanında rastlaşa biləcək bütün hədəflərə yüksək dəqiqliklə zərbə endirə biləcək. Atəşə nəzarət sistemi sayəsində tankın “atəş və hərəkət” qabiliyyəti təkmilləşdiriləcək və tank həm hərəkətdə, həm də dayanmış vəziyyətdə, kələ-kötür ərazidə və ya yayınma manevri icra edərkən hədəflərini yüksək dəqiqliklə vura biləcək.
3+ nəsil tank olma xüsusiyyəti
Tankların ən əhəmiyyətli 3 qabiliyyətindən biri olan sağ qalma qabiliyyətinin, “Yeni Altay”larda modul olaraq passiv qoruma təmin edən qabaqcıl zireh modullarının və aktiv qoruma təmin edən Aktiv Mühafizə Sistemi “Akkor”un əlavə edilməsi ilə 3+ nəsil tankına çevrilib.
Tamamilə türkiyəli mühəndislər tərəfindən dizayn edilən “Yeni Altay”ın digər mühüm xüsusiyyəti inkişaf edən texnologiyaya uyğunlaşa bilən çevik bir arxitekturaya sahib olmasıdır. Bu xüsusiyyət sayəsində Türkiyə Silahlı Qüvvələrinin gələcəkdə ehtiyac duya biləcəyi fərqli konsepsiyalara uyğun modernləşdirilməsi hədəflənib.
“Yeni Altay”da 12,7 mm və 7,62 mm-lik silah sistemləri, xüsusilə sursat depoları, qüllə dişli çarxı, rotor, düz periskoplar, NIDGAB (Nişancı İkinci Derece Görerek Atış Birimi) sistemi, Qüllə sürüşmə bilərziyi (Kule Kayar Bileziği), əllə atəş sistemi, yanacaq/isitmə və sintine nasosları, hidravlik nasoslar, yol təkərləri və soyuducu gödəkçəsi kimi sistemlər də yerliləşdirilib.
Bundan əlavə, bütün “Yeni Altay” tanklarında simulyator sistemi də olacaq və əsgərlər müasir, effektiv və fərdi səviyyədən başlayaraq istənilən mühitdə öz komandirlərinin nəzarəti altında təlimlərini gücləndirəcəklər.
Bundan əlavə, yalnız atış performansının və hərəkətlilik göstəricilərinin yaxşılaşdırılması üçün istehsal olunan iki ilkin prototip tankla davam edən sınaqlar çərçivəsində indiyədək 200-dən çox atış icra edilib, minlərlə kilometr müxtəlif hava və ərazi şəraitində ilkin prototip “Altay” tankları ilə dözümlülük sınaqları keçirilib.
“Yeni Altay”ın mühərriki
İlk tədarüklər Koreya Respublikasından tədarük edilən güc qrupu ilə ediləcək, sonrakı dövrdə 1500 at gücünə malik yerli güc qrupu BATU-nun kvalifikasiyasının tamamlanmasıyla “Altay” tankı gücünü BATU Mühərrik və Transmissiyadan alacaq və yerli güc qrupu ilə təhvil verilməyə başlayacaq.
Nəticədə, “Yeni Altay” daha yerli bir “Altay” kimi yenilənmiş texnologiyası, təkmilləşdirilmiş zireh sistemi, artan hərəkət qabiliyyəti, müasir atəşə nəzarət sistemi, təlim sistemi və qabiliyyəti ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hazırlanmış müasir döyüş tankı kimi xidmət edəcək.